Mikrokreditlə biznes xəyallarınızı reallaşdırın!

Həyatınızda neçə dəfə səmada təyyarə izlərini seyr etmisiniz? Elə təyyarənin özü də olar. Sözsüz bir çoxumuza bu izlər xəyallarımıza doğru gedən yol kimi görünür. Bəzən o izlərə baxıb düşünürük: “Görəsən nə zaman…?” Məsələ təkcə göyə qalxmaq deyil, arzulara, yeni başlanğıclara, daha yaxşı həyata doğru atılan cəsarətli addımlardır. Elə çox uzağa getməyək. Mikrokredit də məhz bu addımı atmaq üçün sizə təqdim olunan fürsətlərdən biridir. Bəlkə öz kiçik biznesinizi qurmaq istəyirsiniz, bəlkə sərmayə tapmaq üçün çıxış yolu axtarırsınız… Mikro kredit sizi yerdə saxlayan ağırlıqlardan azad edib, xəyallarınıza doğru uçmaq üçün təkan verən səbəblərdəndir. Bəs biznes anlayışı ilə mikro kredit nedir?
Mikrokreditlə biznes səmasında yeni izlər yaradın.
Mikrokredit nədir? sualına ilk cavabı bundan başlayaq ki, bu məhsul mikro biznes krediti kimi də adlandırılır. Beləliklə, məhsul adından da göründüyü kimi kiçik məbləğli, qısa müddətli və nisbətən asan şərtlərlə təqdim olunan biznes krediti növüdür. Əsasən fərdi sahibkarların, kiçik biznes sahiblərinin və ya maliyyə imkanları məhdud olan sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq üçün təqdim olunur.
Mikrokredit öz biznesini qurmaq istəyənlər üçün göydəndüşmə fürsətdir.
Əgər uzun müddətdir ki, “öz işimin sahibi olum” deyə düşünürsünüzsə, amma kapital çatışmazlığı sizə mane olursa, artıq bunu düşünməyə ehtiyac yoxdur. Mikrokredit elə bu an sizin o çoxdan arzuladığınız biznesi qurmaq üçün göydəndüşmə fürsət ola bilər. Təsəvvür edin ki, evdə hazırladığınız məhsulları, onlayn sifariş etdiyiniz vasitələri, əkib-becərdiyiniz məhsulları, yaxud öz xidmətlərinizi və s. satmaq istəyirsiniz. Amma bir neçə alət almağa və reklam etməyə lazımi vəsaitiniz yoxdur. Mikro kredit almaq məhz bu kimi boşluqları asanlıqla doldurmaq üçündür. Krediti əldə edərək biznesiniz üçün yeni avadanlıqlar ala, əməkdaşlar cəlb edə, yaxud özünüzü inkişaf etdirə bilərsiniz. Biznes planlarınıza uyğun istənilən addımı atarkən sözügedən kreditlər maliyyə yükünüzü azaldır və risklərin qarşısını almağa kömək edir.
Mikrokreditləri olduğunuz yerdən sifariş edin.
Əgər bank növbələrində vaxt itirmək istəmirsinizsə, online mikro kredit sifarişi həyata keçirə bilərsiniz. Bunun üçün bankların veb-saytına, yaxud mobil tətbiqinə daxil olaraq mikrokreditlər bölməsinə keçid edin. Qeyd olunan ilkin şərtlərlə tanış olun. Əksər banklarda elə həmin səhifədə mikro kredit kalkulyatoru müştərilərin istifadəsinə təqdim olunur. Hansı ki, burada götürmək istədiyiniz kreditin məbləğini və müddətini daxil etdikdə faiz dərəcəsi, aylıq ödənişlər və ümumi kredit məbləği avtomatik şəkildə hesablanır və siz bunu görürsünüz. Əgər şərtlər sizi qane edirsə, şəxsiyyət vəsiqəsi məlumatlarınızı və tələb olunan digər məlumatları doldurmaqla online mikro kredit əldə edə bilərsiniz. Bir-iki gün ərzində bank əməkdaşları sizinlə əlaqə saxlayacaq və bütün şərtlər barədə detallı məlumat təqdim edəcəkdir.
Sərfəli mikro biznes krediti əldə etmək şansınızı yoxlayın.
Bütün kredit növlərində olduğu kimi mikrokredit də təminatlı və ya təminatsız formada əldə oluna bilər. Təminat, yəni girov olaraq daşınmaz və ya daşına bilən əmlakınızı təqdim edərək daha münasib şərtlərdən yararlana bilərsiniz. Beləliklə, sahibi olduğunuz mülklərlə biznesinizi böyütmək fürsətiniz olacaq. Bu, müştərilərə riskli görünsə də, mikro biznes krediti əldə edərkən düzgün hesablama aparmısınızsa, narahat olmağa dəyməz. Aylıq ödənişlərin miqdarını ödəmə qabiliyyətinizdən bir qədər aşağı olacağı məbləğdə yaxud müddətdə kredit əldə etməyə üstünlük verin. Bunu isə mikro kredit kalkulyatoru ilə rahatlıqla hesablaya bilərsiniz.
Biznesinizin gələcəyi bugünkü qərarınızdan asılıdır.
Əgər siz də maddi sıxıntıları geridə qoymaq, yeni başlanğıclara imza atmaq və ya biznesinizi böyütmək istəyirsinizsə, mikro biznes krediti sizin üçün doğru seçimlərdən biri olacaqdır. Unutmayın ki, doğru zamanda atılan kiçik bir addım, böyük dəyişikliklərin başlanğıcı ola bilər. İndi isə vaxt itirmədən ehtiyacınıza uyğun kredit planınızı hesablayın və ilk addımı atmağa tələsin!
Ən çox oxunan bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür